Almaniya niyə nala-mıxa vurur?
Bu yaxınlarda Nikol Paşinyanın Almaniyada kansler Olaf Şolts ilə görüşür. Olaf Şolts buyurur ki, Almaniya "Dağlıq Qarabağ" probleminin vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququ baxımından sülh yolu ilə həllə nail olunmasına böyük əhəmiyyət verir. Yəni Dağlıq Qarabağa müstəqil dövlət olmalıdır. Az sonra quş buraxdığının fərqində olan cənab Şolts bu fikrindən daşınır...
Az sonra İlham Əliyev Almaniyaya səfərə gedir. Bu dəfə Olaf Şolts deyir: "Beynəlxalq səviyyədə Almaniya "Dağlıq Qarabağ"ı respublika kimi tanımamışdı və bununla da o vaxtı Almaniya öz mövqeyini bildirmişdi".
Bu qədər ikiüzlülük, bu qədər həyasızlıq olar? Qərbin Azərbaycana qarşı yeritdiyi siyasətin mahiyyəti budur. Gah nala vururlar, gah mıxa. Məqsəd nədir? Azərbaycandan mümkün qədər daha çox şey qoparmağa çalışırlar...
Soruşuram: Avropa Birliyində 260-dan çox separatçı hərəkat var. Niyə Almaniya onların heç biri haqqında danışmır? Onlardan heç olmasa birinin “öz müqəddəratını təyin etmək hüququ”nu müdafiə etmir. Eləcə də Fransa. Fransa öz daxilində olan 12 separatçı hərəkatın heç birinə heç bir haqq tanımır. Avropadakı separatçı hərəkatlar haqqında ağzına su alıb. Ancaq Fransadan basa-basa gəlib Cənubi Qafqazda erməni separatizminə dəstək verir. Niyə? Çünki ermənilərin əli ilə Cənubi Qafqazda söz sahibi olmaq istəyir. Azərbaycana və Türkiyəyə qarşı düşmən mövqedədir...
“Nə üçün”lərin sayı çoxdur? Məsələn, nədən Qərb Ukrayna, Moldova və Gürcüstan kimi ölkələrdə separatizmə qarşıdır. Hətta Ukraynada separatizmə qarşı Rusiya ilə müharibə aparır. Ancaq söhbət Azərbaycana gələndə Qərbin başına daş düşür. Açıq və gizli şəkildə erməni separatizminə dəstək verir.
Əlbəttə, Almaniya da, Fransa da demokratik ölkədir. Ancaq demokratik ölkə olmaq qətiyyən o demək deyil ki, həmin ölkələr ədalətlidir. Məsələn, Fransanın müstəmləkəçilik siyasəti hazırda da Afrikada ən iyrənc formada davam edir...
Və ya ABŞ-ı götürək. Türkiyədə olan bütün hərbi çevrilişlərin arxasında Amerikanın barmağı var. 2016-çı ildə də ABŞ Avropa Birliyi ilə əl-ələ verib Türkiyədə növbəti hərbi çevrilişə cəhd göstərdi...
Rəsmi statistikaya görə, 1946-2000-ci illər arasında ABŞ dünyanın 81 ölkəsində iqtidarı devirib və özünə loyal olan qüvvələri hakimiyyətə gətirib...
Qərb demokratiyası Qərbdə xalq üçün gözəl şərait yaradıb, dövlət idarəçiliyi insan amilinin maraqlarına söykənib. Eyni zamanda, Qərb demokratiyası Qərbdən kənarda olan ölkələrə qarşı imperialist siyasət aparır...
Azərbaycan insanı bu sadə həqiqətləri bilməlidir. Təəssüf ki, Qərbə nökərçilik edənlərin böyük əksəriyyəti bəlli reallığı etiraf etmirlər. Əksinə, xalqı aldadırlar. Mənsə əminəm ki, xalq həqiqəti bilməlidir. Mən ona da əminəm ki, biz ABŞ-ın, Rusiyanın və ya İranın buyruq qulu olmalı deyilik. Biz Azərbaycanın övladı kimi, Məmməd Əmin Rəsulzadədən gələn xətti tutub getməliyik. Yabançılara görə, daha doğrusu yabançıların puluna görə öz xalqımızın və dövlətimizin maraqlarını kimlərəsə satmaqdan uzaq olmalıyıq...
Tehsil-press.az