İdman yarışında Turanı öldürən şəxsin məhkəməsinin vaxtı məlum oldu

İdman yarışında Turanı öldürən şəxsin məhkəməsinin vaxtı məlum oldu Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə təqsirləndirilən 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses martın 28-nə təyin edilib.
Cinayət işi hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə ötən il noyabrın 26-da saat 17 radələrində Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qeydə alınıb.
Belə ki, Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü Tural Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.
Aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, T.Rüstəmovu yarış vaxtı tribunada bıçaqlayaraq öldürən R.Səfixanovun atası, Əməkdar məşqçi Elçin Səfixanovdur.

Tehsil-press.az

Oxşar xəbərlər