Rəşad Dağlı qonşusunu öldürdü

Rəşad Dağlı qonşusunu öldürdü Tanınmış meyxanaçı Rəşad Dağlı Bakı şəhəri ərazisində qətl törədib.
Hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.
Rəşad Dağlı mübahisə zəminində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.
***
Qaradağ rayon prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb:
“Noyabrın 09-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir”.

Tehsil-press.az


Oxşar xəbərlər