25 yaşlı gənc əmisi oğlu tərəfindən qətlə yetirildi

25 yaşlı gənc əmisi oğlu tərəfindən qətlə yetirildi Ağdamda qətl hadisəsi baş verib.
Rayonun Mahrızlı kənd sakini Ülvi Gərayev əmisi oğlu Gəray Gərayevi qətlə yetirib.
Hadisə onların arasında yaranan mübahisə zəmnində baş verib. Ü.Gərayev əmisi oğluna bir neçə bıçaq zərbəsi endirib və onu qətlə yetirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
Zərərçəkmişin 2003-cü il təvəllüdlü Ülvü Gərayzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əmisi oğlu, 1996-cı il təvəllüdlü Gəray Gərayevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ülvü Gərayzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.

Tehsil-press.az


Oxşar xəbərlər