Niderland Ukraynaya 274 milyon avro məbləğində yeni yardım paketi ayıracaq

Niderland Ukraynaya 274 milyon avro məbləğində yeni yardım paketi ayıracaq Niderland Ukraynaya 274 milyon avro məbləğində yeni yardım paketi ayıracaq.
Ayrılan məbləğin təxminən 180 milyon avrosu humanitar yardım, səhiyyə, enerji təchizatı, mənzil və infrastrukturun bərpası və kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsinə yönəldiləcək.
94 milyon avro isə Ukrayna ilə NATO arasında əməkdaşlığın gücləndirilməsi və Ukrayna mədəniyyətinin qorunmasına xərclənəcək.
Qeyd edək ki, bu yardım Niderland hökumətinin bu il Ukraynaya dəstək üçün ayırdığı 2,5 milyard avroya daxildir.

Tehsil-press.az




Oxşar xəbərlər