Türkiyə Təhlükəsizlik Şurası seçkilərdən və yeni hökumətin formalaşmasından sonra iyunun 8-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ilk iclasına toplaşacaq.
İclasda prezident köməkçisi Cevdet Yılmaz, ədliyyə naziri Yılmaz Tunç, xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, müdafiə naziri Yaşar Güler, Baş qərargah rəisi Musa Avsever iştirak edəcəklər.
İclasda İraq və Suriyanın şimalında davam edən terrorla mübarizə əməliyyatları başda olmaqla, strateji, regional və milli təhlükəsizlik mövzularının müzakirəsi gözlənilir.
Təhlükəsizlik Şurasında Rusiya-Ukrayna müharibəsi və Qara dəniz Taxıl dəhlizi sazişi, Türkiyənin sülh üçün göstərdiyi səylər, vasitəçilik fəaliyyəti, humanitar yardım və digər məsələlər də müzakirə olunacaq.
Qeyd edək ki, iyunun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı və rusiyalı həmkarları ilə telefonla danışıb. Söhbət zamanı Rusiya-Ukrayna müharibəsindəki vəziyyətə dair fikir mübadiləsi aparılıb.
Tehsil-press.az