Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, ölkə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna üzrə danışıqlarda vasitəçiliyə görə Nobel Sülh Mükafatına təqdim edilməsinin tərəfdarıdır.
O, bunu Budapeştdə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
Siyarto vurğulayıb ki, bu gün Türkiyənin danışıqlarda vasitəçilik təcrübəsi "yeganə uğurdur".
O xatırladıb ki, Türkiyə lideri və xarici işlər naziri Çavuşoğlunun səyləri nəticəsində taxıl sazişi imzalanıb.
"Bu gün təşəbbüs ortaya çıxdı, bunun mahiyyəti Prezident Ərdoğanın Nobel Sülh Mükafatını almasıdır, çünki Ukraynadakı yeganə uğurlu vasitəçilik təcrübəsi onun adı ilə bağlıdır",-deyə diplomat bildirib.
Bundan əvvəl Türkiyə Böyük Millət Məclisinin (parlamentinin) spikeri Mustafa Şentop bildirib ki, Ərdoğan Rusiya və Ukrayna arasında sülhün bərqərar olması səylərinə görə Nobel Sülh Mükafatına namizəd olacaq.
Tehsil-press.az