Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edir

Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edir M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı vakansiya elan edir.
Vakant olan vəzifələr haqqında məlumatı təqdim edirik:
ANBARDAR
İş barədə məlumat:
• Malların qəbulunun planlaşdırılması və uçotunun aparılması;
• Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərinin yerinə yetirilməsi;
• Anbardaxili əməliyyatların gündəlik uçotunun təşkili;
• Mal-materialların inventar üzrə qeydiyyatını aparmaq;
• Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
• Anbar qalıqlarının qeydiyyatını aparmaq;
• Anbarda məhsulları çeşid və kateqoriya üzrə düzgün qaydada sənədləşdirərək qeydiyyata almaq.
• İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi
Namizədə aid tələblər:
• Təhsil: Ali
• Yaş: 25–45
• Cins: Kişi
• Proqramlar: 1C, MS Office (sərbəst işləmə bacarığı)
• Dil biliyi: Azərbaycan dili, rus dili
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu hissəsində müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 30.06.2023-cü il tarixinədək göndərə bilərlər.
ELEKTRİK-MONTYOR
İş barədə məlumat:
• Elektrik – elektrotexniki işlərin həyata keçirilməsi;
• Sadə əl – qurğu və alətlərin tətbiqi ilə elektrik işıqlandırmanın hissə və aparatlarının sökülməsi, təmiri və məftillərin çəkilməsi işlərinin həyata keçirilməsi;
• Dəzgah, elektrik motoru, sahə elektrik panellərinin qaydalara uyğun olaraq montaj və təmir işlərinin yerinə yetirilməsi;
• Generator, transformator, paylayıcı panellərin və müxtəlif elektrikli əl alətləri və qaynaq aparatlarının istismar zamanı xidmət və təmir işlərinin yerinə yetirilməsi;
• Tələb olunan elektrik kabeli, naqil və s. elektrik cihazlarının, qurğularının quraşdırılması;
• Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması.
• İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi
Namizədə aid tələblər:
• Təhsil: Müvafiq istiqamət üzrə orta ixtisas və ya peşə təhsili
• Elektrik montyoru kimi minimum 1 il iş təcrübəsi.
• Yaş: 25–45
• Dil biliyi: Azərbaycan dili, rus dili (arzuolunandır)
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu hissəsində müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 30.06.2023-cü il tarixinədək göndərə bilərlər.
TƏMİRÇİ-ÇİLİNGƏR
İş barədə məlumat:
• Mexaniki avadanlıqlarda təmir işlərinin icrasının həyata keçirilməsi;
• Konveyer xətlərinin qurulması, təmiri, istismarı, paketləmə maşınlarının təmiri;
• Kommunikasiya xətlərində (su, qaz, buxar, hava) təmir işlərinin icrası;
• Mexaniki montaj işlərinin icrası;
• Avadanlıqlarda planlı təmir işlərinin və fasiləsiz iş rejimlərinin təmin edilməsi.
• İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi
Namizədə aid tələblər:
• Təhsil: Müvafiq istiqamət üzrə orta ixtisas və ya peşə təhsili
• Yaş: 25–45
• Dil biliyi: Azərbaycan dili, rus dili (arzuolunandır)
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu hissəsində müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 30.06.2023-cü il tarixinədək göndərə bilərlər.
TEXNİK-RABİTƏÇİ
İş barədə məlumat:
• İstehsalatdaxili xətlərin birləşdirilməsi və ayrılması;
• Yeni telefon xətlərinin çəkilməsi;
• İş yerlərində şnur cütlüyünün yoxlanılması, çağırışlara xidmət prosesində eşitmə keyfiyyətinin və cihazların yararlılığının yoxlanılması;
• Zədələnmələr barədə məlumatların qəbulu, zədələnmələrin uçotunun aparılması;
• Xidmət olunan avadanlıq və aparaturalarda zədələnmələrin (şnurların, açarların, klapanların, xəbəredici siqnalların nasazlığını) müəyyən edilməsi və aradan qaldırılması;
• Xidmət olunan bütün növ avadanlıq və aparaturalarda planlı profilaktik işlərin yerinə yetirilməsi;
• Profilaktik və təmir işlərindən sonra avadanlıqların yoxlanması və işinə nəzarət.
• İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi.
Namizədə aid tələblər:
• Təhsil: Müvafiq istiqamət üzrə orta ixtisas və ya peşə təhsili
• Yaş: 25–45
• Dil biliyi: Azərbaycan dili, rus dili (arzuolunandır)
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu hissəsində müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 30.06.2023-cü il tarixinədək göndərə bilərlər.
TEXNİK-KONDİSONER
İş barədə məlumat:
• Temperaturu tənzimləyən mexaniki, maye və ya qazla işləyən, elektrik və elektron isitmə, soyutma avadanlıqlarını quraşdırmağı bacarmalı və onların fəaliyyətinə nəzarət etməli;
• Sxemləri, göstərişləri başa düşmək və təlimatlara riayət etmək;
• Tələb olunduğu təqdirdə qaynaq alətlərindən istifadə etmək;
• Sistemi zəruri maye, hava və ya sıxılmış hava (freon, azot) ilə doldurmaq və yoxlama prosesini həyata keçirmək;
• Hava və sərfiyyat qazları üçün kanal və boruları quraşdırmaq;
• Nasaz hissələri aşkar etmək;
• Hissələri dəyişmək və sistemləri təmir etmək;
• Dövri texniki xidmətin göstərilməsi qaydalarına riayət etmək;
• İş qrafiki: 6 günlük
• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi.
Namizədə aid tələblər:
• Təhsil: Müvafiq istiqamət üzrə orta ixtisas və ya peşə təhsili
• Yaş: 25–45
• Dil biliyi: Azərbaycan dili, rus dili (arzuolunandır)
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu hissəsində müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 30.06.2023-cü il tarixinədək göndərə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər