Sumqayıt Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan etdi

Sumqayıt Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan etdi Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzi 2020/2021-ci tədris ili üçün tələbə qəbulunu açıqlayıb.
Peşə təhsil mərkəzi yeni tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:
- Torna və frezer dəzgahların operatoru
- Proqramla idarə olunan dəzgahların operatoru
- Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru
- Sənayedə quraşdırma işləri üzrə usta
- Veb dizayner və proqram təminatçısı
Təhsil müddəti 1 ildir.
Qəbul müsahibə yolu ilə həyata keçiriləcəkdir.
Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər.
Sənədlərin qəbulu 15 avqust 2020-ci il tarixinədək Elektron qəbul sistemi (https://bit.ly/300YIef) vasitəsilə aparılacaqdır.
Əlavə məlumat üçün:
Telefon: +994 12 488 80 65 (daxili 700 və 120)
E-poçt: [email protected]

Tehsil-press.az

Oxşar xəbərlər