Dövlət İmtahan Mərkəzi (DİM) Sankt-Peterburq Dövlət Universiteti (SPDU) ilə əməkdaşlıq çərçivəsində “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayır və layihə çərçivəsindəki təlimlərə iştirakçı qəbulu elan edir.
Layihə iştirakçılarına qoyulmuş əsas tələblər:
- Rus dili mütəxəssisi, müəllim və ya yoxlama-ölçmə, qiymətləndirmə işləri ilə məşğul olan təhsil işçisi olmaq;
- Rus dili üzrə ən azı B2 səviyyəsində dil bacarığına sahib olmaq (müvafiq sertifikatın olması üstünlükdür);
- Təlimlərdə davamlı iştirak etmək imkanı;
- DİM ilə əməkdaşlıq etməkdə maraqlı olmaq.
Təlim onlayn platforma üzərindən rus dilində keçiriləcək. Təlimçilər SPDU-nun Test Mərkəzinin rus dili üzrə aparıcı mütəxəssisləridir. Təlimdə iştirak edənlər aşağıdakı mövzulara dair bilik və bacarıqlara yiyələnəcəklər:
-Dil bacarıqlarının qiymətləndirilməsində nəzəri anlayışlar;
-Dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) dil bacarıqlarının qiymətləndirilməsinə tətbiqi;
-Qrammatikanın və lüğət bazasının qiymətləndirilməsi;
-Fərqli səviyyələr üzrə oxu, dinləmə, yazı və şifahi nitqin qiymətləndirilməsi.
Təlimdə iştirak etmək istəyən şəxslər CV-lərini istək məktubu ilə birlikdə aprelin 1-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” yazaraq göndərə bilərlər. İştirakçılar üçün nəzərdə tutulan yerlərin sayı məhdud olduğundan müraciətlər təhlil edildikdən sonra ən uyğun namizədlər seçiləcək və aprelin 5-nə kimi iştirakçılara məlumat veriləcək.
Tehsil-press.az