Nazim Bəydəmirli saxlanıldı - Rəsmi

Nazim Bəydəmirli saxlanıldı - Rəsmi Sabiq deputat Nazim Bəydəmirli saxlanılıb.
N.Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.
“Vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək, ondan 50 min manat tələb etdiyini bildirib.
O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını söyləyib.
Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”, - deyə DİN-dən verilən açıqlamada qeyd olunur.

Tehsil-press.az



Oxşar xəbərlər