“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə saxlanılıb.
Birlik sədri bir neçə Vətən müharibəsi iştirakçısının şikayəti əsasında istintaqa cəlb edilib. O, qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
E.Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu gün ərzində onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
***
E. Mahmudzadə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Tehsil-press.az