Generalın həbs müddəti uzadıldı

Generalın həbs müddəti uzadıldı Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Elçin Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Tehsil-press.az Trend-ə istinadən xəbər verir ki, Səbail rayon məhkəməsinin qərarı ilə E.Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb.
Xatırladaq ki, E.Quliyev ötən il dekabrın 25-də saxlanılıb və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. E.Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Generalın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti aprelin 25-də başa çatırdı.

tehsil-press.az

Oxşar xəbərlər