ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2020-ci il seçkilərinin nəticələrinə etiraz etmək cəhdləri ilə bağlı ona qarşı irəli sürülən ittihamlara görə 561 ilə qədər həbs cəzası ala biləcəyini deyib.
O, bu barədə seçki qərargahının yaydığı müraciətdə bildirib.
“Korrupsioner Ədliyyə Departamenti Co Bayden yenidən mənə qarşı qanunsuz ittihamlar irəli sürüb. Məlumatlara görə, məni ümumilikdə 561 il həbs gözləyir”, - Tramp vurğulayıb.
Qeyd edək ki, avqustun 2-də Trampa qarşı ittiham aktında dörd maddənin olduğu bildirilib. ABŞ-nin keçmiş prezidenti hökuməti və istintaqı aldatmaq, istintaqa mane olmaq, seçicilərin ədalətli seçki hüquqlarını pozmaqda ittiham olunur.
Tehsil-press.az