Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbərinin informasiya siyasəti üzrə müşaviri İvan Safronov dövlətə xəyanətdə ittiham olunaraq həbs edilib.
Qapalı keçirilən məhkəmə iclasında onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Safronov dövlət sirri olan hərbi əməkdaşlıq, müdafiə və təhlükəsizlik məsələləri barədə məlumatları NATO-ya ötürməkdə ittiham olunur. İstintaq Komitəsi ona qarşı “Dövlətə xəyanət” maddəsi üzrə ittiham irəli sürüb və müşavirin 20 ilədək həbsi gözlənilir.
Safronov isə ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. Eyni zamanda ifadə verməkdən çəkinib.
“Roskosmos” isə Safronovun həbsi ilə bağlı açıqlama verməyib.
İvan Safronovun vəkili İvan Pavlov “RİA Novosti”yə açıqlamasında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs Çexiya xüsusi xidmət orqanlarına casusluqda ittiham olunur. İttihama əsasən, Safronov Rusiya silahlarının Afrika ölkələri üçün tədarük edilməsi barədə hərbi-texniki məlumatları 2012-ci ildən Praqaya ötürüb.
Tehsil-press.az