Putin və Netanyahu görüşəcək

Putin və Netanyahu görüşəcək Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Putin və Netanyahu telefon danışığı zamanı yaxın müddətdə görüşməyə qərar veriblər. Onlar ikitərəfli münasibət, beynəlxalq və regional məsələləri müzakirə edəcəklər”,- deyə Peskov söyləyib.
Görüşün keçiriləcəyi vaxt isə açıqlanmayıb.

Təhsil-press.az

Oxşar xəbərlər