İsveçdə keçirilən Eritreya mədəniyyət festivalında Eritreyalı müxaliflərin festivala basqın etməsi nəticəsində ən azı 52 nəfər yaralanıb.
İsveçin “Expressen” qəzetinin məlumatına görə, Şərqi Afrika ölkəsi Eritreyaya qarşı minlərlə etirazçı festival ərazisində stendləri və avtomobilləri yandırıb.
Polis sözçüsü Daniel Vikdahl polisin hadisə yerində olduğunu və araşdırmalara başlandığını qeyd edərək, etirazçılardan 100-200 nəfərin saxlanıldığını bildirib.
Qeyd edək ki, İsveçdə yaşayan minlərlə Eritreyalının qatıldığı festival 1990-cı illərdən bəri hər il keçirilir.
Tehsil-press.az