Ümumilli Lider Heydər Əliyevin adı Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarının siyahısına qızıl hərflərlə həkk olunub. Ulu Öndər bu nüfuzlu təhsil müəssisəsindən 1957-ci ildə məzun olub. Hazırda hökümət üzvləri arasında, icra orqanlarında, parlamentdə və digər strateji müəssisə və təşkilatlarda Azərbaycan Dövlət İqtisad Universitetinin çoxlu sayda məzunu təmsil olunur. Həmin şəxslərin bəzilərinin adlarını təqdim edirik:
Şahin Mustafayev, Azərbaycan Respublikasının Baş nazirinin müavini
Kərəm Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Natiq Əmirov, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi
Ramin Quluzadə, Azərbaycan Respublikası Prezidentinin İşlər Müdiri

Muxtar Babayev, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi
Mikayıl Cabbarov, İqtisadiyyat naziri
Ceyhun Bayramov, Xarici işlər naziri
Məcnun Məmmədov, Kənd təsərüffatı naziri
Fərid Qayıbov, Gənclər və idman naziri

Rövşən Nəcəf, Dövlət Neft Şirkətinin prezidenti

Vüsal Hüseynov, Dövlət Miqrasiya Xidmətinin rəisi

Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

Əfqan Cəlilov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədri

Qeyd edək ki, Milli Məclisin 10-a yaxın deputatı, 2 icra başçısı, 3 rektor, bir neçə bank müdiri və şirkət direktoru da Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
Tehsil-press.az









