Nazirlik: Valideynlər Vətəndaşlara Xidmət Mərkəzinə yaxınlaşmaqla müraciət edə bilərlər

Nazirlik: Valideynlər Vətəndaşlara Xidmət Mərkəzinə yaxınlaşmaqla müraciət edə bilərlər Valideynlər Elm və Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsil Məsələləri üzrə Vətəndaşlara Xidmət Mərkəzinə yaxınlaşaraq müraciətlərini ünvanlaya bilərlər.
Mərkəzdə məktəbəhazırlıq qruplarına qəbulla bağlı qeydiyyat prosesi, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyat prosesi, şagirdlərin elektron yerdəyişməsi, birinci siniflərə şagird qəbulu ilə bağlı qeydiyyat prosesi üzrə müraciətlər qəbul olunur.
Qeyd edək ki, Bakı şəhərinin sakinləri yuxarıda qeyd olunan xidmətlər üzrə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Vətəndaşların Qəbulu Mərkəzinə də müraciət edə bilərlər. Regionlarda yaşayan sakinlər isə regional təhsil idarələrinin qəbul mərkəzlərinə, eləcə də təhsil xidmətləri təqdim olunan “ASAN xidmət” mərkəzlərinə yaxınlaşa bilərlər.
Bununla yanaşı, adıçəkilən məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin vatsap xidməti (+994 051 206 78 48), 146 – 1 Çağrı Mərkəzi və portal.edu.az üzərindən də müraciət ünvanlamaq mümkündür.

Tehsil-press.az



Oxşar xəbərlər