Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət Katibi Con Kerri ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. ANS PRESS-in məlumatına görə, müzakirələr telefon vasitəsi ilə aparılıb. Bu barədə məlumatı Rusiya XİN yayıb.
Xəbərdə bildirilir ki, hər iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri Dağlıq Qarabağda qarşıdurmanın eskalasiyasından ciddi narahatdırlar. Tərəfləri hərbi əməliyyatların dərhal dayandırmağa çağırıblar. Bundan başqa ATƏT-in Minsk qrupu həmsədr ölkələri Rusiya, ABŞ vəFransanın səylərinin artırılması barədə razılıq əldə olunub.
Con Kerri - ABŞ -ın dövlət katibi
Lavrov və Kerri müxtəlif “xarici oyunçuları” Qarabağ ətrafında qarşıdurmanı qızışdırmaq cəhdlərini qınayıblar.
Cəbhədə vəziyyət gərginləşəndən sonra dünya liderləri tərəfləri sakitləşdirməyə çalışır. Rusiya Federasiyasının təşəbbüsü və vasitəçiliyi ilə aprelin 2-də Bakı vaxtı ilə saat 15.00-da cəbhə xəttində atəşkəs rejiminin bərpa olunmasına dair əldə edilmiş razılığa baxmayaraq Ermənistan tərəfi yenə də gərginliyi saxlamaqda davam edib.
Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edib.
Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub. Döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalib.
tehsil-press.az