Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır

Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır Sumqayıtda kütləvi zəhərlənmə baş verib.
Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib.
“Onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir. Zəhərlənənlərdən 2 nəfəri reanimasiyada, 3 nəfəri terapiya şöbəsində, 7 nəfəri isə müşahidə palatasında müalicələrini davam etdirilər. Vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur”, - TƏBİB-in məlumatında bildirilib.
***
Avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Tehsil-press.az


Oxşar xəbərlər