İsmayıllıda festivalda kütləvi zəhərlənmə - Nazirlik açıqladı

İsmayıllıda festivalda kütləvi zəhərlənmə - Nazirlik açıqladı Səhiyyə Nazirliyi İsmayılı rayonunda Kartof Festivalı zamanı baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.
"Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə rayon Polis Şöbəsi və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib",- nazirlik bildirib.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında İsmayıllının Talıstan kəndində keçirilən Kartof Festivalında qeydə alınıb. APA-nın məlumatına görə, festival iştirakçılarından İsmayıllının Təzəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri - 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin məlumata görə, adı çəkilən şəxslərin festivalda satılan dönəri yedikdən sonra halı pisləşib. Onların zəhərləndiyi ehtimal olunur.


Tehsil-press.az

Oxşar xəbərlər