Çində mərkəzi və yerli hökumətlərin büdcə gəlirləri 2023-cü ilin yanvar-iyul aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artıb.
Bu barədə Çinin Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, büdcə gəlirləri 7 ayda illik müqayisədə 11,5 faiz artaraq 13,93 trilyon yuana (təxminən 1,91 trilyon dollar) çatıb.
Sözügedən dövrdə mərkəzi idarəetmə orqanlarının büdcə gəlirləri 11,2 faiz, yerli özünüidarəetmə orqanlarının büdcə gəlirləri isə 11,8 faiz artıb.
Büdcə gəlirlərində ən böyük paya malik olan vergi gəlirləri 14,5 faiz artaraq 11,75 trilyon yuana (təxminən 1,61 trilyon dollar) çatıb.
Eyni dövrdə büdcə xərcləri 3,3 faiz artaraq 15,16 trilyon yuana (təxminən 2,08 trilyon dollar) çatıb.
Yeddi ayda dövlət büdcəsinin ümumi kəsiri 1,23 trilyon yuan (təxminən 170 milyard dollar) təşkil edib.
Tehsil-press.az