Azərbaycandan Gürcüstana neft məhsulları ixracı artıb

Azərbaycandan Gürcüstana neft məhsulları ixracı artıb 2019-cu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 80,42 milyon dollar məbləğində 146,367 min ton neft və neft məhsulları idxal edib.
Tehsil-press.az bu barədə Gürcüstan Milli Statistika İdarəsinə istinadən məlumat verir.
Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çoxdur.
Hesabat dövründə Azərbaycandan Gürcüstana elektrik enerjisi ixracı 12,6 faiz azalaraq 45,236 milyon dollar təşkil edib.
2019-cu ilin 11 ayı ərzində Gürcüstan Azərbaycana 666 min dollar məbləğində elektrik enerjisi ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 55,8 faiz azdır.
2019-cu ilin yanvar-noyabr aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 932,777 milyon dollar təşkil edib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azdır.
Ticarət dövriyyəsinin strukturunda 444,618 milyon dollar Azərbaycana ixracın, 488,159 milyon dollar isə idxalın payına düşüb. Əvvəlki illə müqayisədə ixrac 2,2 faiz artıb, idxal isə 4,9 faiz azalıb.
2019-cu ilin yanvar-noyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artaraq 11,5 milyard dollar təşkil edib.

Tehsil-press.az

Oxşar xəbərlər