Berlindəki aksiyadan daha bir xəbər

Berlindəki aksiyadan daha bir xəbər Aprelin 6-da Berlində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya ofisinin təşkilatçılığı, Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəziınin fəallarının dəstəyi ilə Ermənistan Prezidenti Serj Sarqsyanın Almaniyaya işgüzar səfəri ilə bağlı etirazlarını bildirmək üçün Federal Kanslerin qərargahı (Bundeskanzleramt) qarşısında etiraz aksiyası keçirilib. Tədbirdə türk və gürcü diasporalarının nümayəndələri də iştirak edib.
Sarqsyanın Berlində qəbul edilməsi Ermənistanın Azərbaycanın mövqelərinə, həmçinin, bir milyona yaxın qaçqın və məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə daxil olmaqla, bir çox böyük yaşayış məntəqələrinə qarşı hərbi hücuma məruz qalmasından dörd gün sonra baş tutub.
Tehsil-press.az xəbər verir ki, nümayiş beynəlxalq ictimaiyyəti Ermənistanı işğal olunmuş ərazilərdən çıxmağa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyə məcbur etməyə çağırıb. Burada beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarından çıxmayana qədər Ermənistana qarşı sanksiyaların tədbiq edilməsi məsələsi qaldırılıb. Burada Federal Kansler Merkelin nəyə görə Erməni təcavüzünün əsas təşəbbüskarlarından biri və Xocalı Qırğınına görə məsuliyyət daşıyan bir şəxslə görüşdüyü soruşulub.
TEAS-ın Almaniya ofisinin direktoru Şahin Namati-Nasab Kansler Angela Merkelə məktub hazırlayaraq ona öncədən Ermənistanın Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən və Ermənistanı ərazidən çıxmağa və hərbi əməliyyataları dayandırmağa çağıran dörd qətnaməsinə qarşı hörmətsiz yanaşmasını xatırladıb.

tehsil-press.az

Oxşar xəbərlər