PKK-nın partiyasından Ermənistana dəstək

PKK-nın partiyasından Ermənistana dəstək Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasına üzv olan AK Parti, CHP (Cumhuriyyət Xalq Partiyası) və MHP (Milli Hərəkat Partiyası) Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə qarşı ortaq bəyanat yayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyanatda aprelin 2-nə keçən gecə Ermənistan tərəfindən Azərbaycana qarşı başlayan atışmaların iki ölkə arasında münaqişəni ciddi vəziyyətə gətirib çıxardığı bildirilib.
“Ermənistanın bölgədəki mülki vətəndaşlara qarşı hücumlarını və 1 milyon insanın qaçqın düşməsinə səbəb olan işğalını şiddətlə qınayırıq. Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına və qardaş Azərbaycan xalqına səbr və başsağlığı, yaralılara isə şəfa diləyirik. TBMM-in Xarici işlər Komissiyası olaraq Ermənistanı bölgədə və dünyada sülhü pozan davranışına son qoymağa çağırırıq. Həmişə azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu nəzərə çatdırırıq”, - deyə bəyanatda vurğulanıb.

tehsil-press.az