Yeni tədris ilində təhsilalanların sayı açıqlandı

Yeni tədris ilində təhsilalanların sayı açıqlandı “2023-24-cü tədris ilində təhsilalanların sayı 2,1 milyon nəfər olacaq”.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bunlardan 1,6 milyon nəfəri orta məktəblərin payına düşür. Ali təhsil müəssisələrində 220 min, məktəbəqədər təhsil müəssisələrində 220 min, peşə məktəblərində 33 min, orta ixtisas məktəblərində 60 min nəfər təhsil alacaq.

Tehsil-press.az


Oxşar xəbərlər