Azərbaycanın dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 2018/2019-cu tədris ilində xarici ölkələrin 65 vətəndaşı təhsil alıb. Onların 35-i MDB ölkələrinin, 30-u isə digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Rusiya və Gürcüstan vətəndaşları üstünlük təşkil edirlər.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub. Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas məktəblərində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunub. Belə ki, Azərbaycanın dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilində 55 əcnəbi tələbə təhsil alıb. Bu rəqəm 2000/2001-ci tədris ilində isə 41 nəfər olub.
Tehsil-press.az