Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi vətəndaşların sayı artıb

Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi vətəndaşların sayı artıb Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində xarici ölkələrin 5765 vətəndaşı təhsil alır. Onların 705-i MDB ölkələrinin, 5060-ı isə digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Qazaxıstan, Rusiya, Türkmənistan, Gürcüstan, Özbəkistan, Ukrayna, Türkiyə, İran, Çin və İraq vətəndaşları üstünlük təşkil edirlər.
Bu məlumat Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2022” adlı məcmuəsində əks olunub. Məcmuədə bildirilir ki, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunub. Belə ki, Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2020/2021-ci tədris ilində 5256, 2010/2011-ci tədris ilində 4723 əcnəbi tələbə təhsil alıb. Bu rəqəm 2000/2001-ci tədris ilində isə 1870 nəfər olub.

Tehsil-press.az

Oxşar xəbərlər