ADA Universiteti ilə ADAU arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

ADA Universiteti ilə ADAU arasında əməkdaşlıq perspektivləri müzakirə olunub ADA Universitetinin rektoru Hafiz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
Əvvəlcə universitetin inzibati binası ilə tanış olan qonaqlar burada sərgilənən eksponatlara baxış keçirib. ADAU-nun rektoru Zəfər Qurbanov qonaqlara universitetin tarixi barədə ətraflı məlumat verib. Sonra aqronomluq tədris korpusunda yerləşən müasir laboratoriyalarla tanışlıq olub. Bildirilib ki, universitetdə zəngin maddi-texniki baza, o cümlədən müasir tədris avadanlıqları ilə təchiz edilmiş auditoriyalar və laboratoriyalar fəaliyyət göstərir. Burada alimlər yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin hazırlığı ilə yanaşı, kənd təsərrüfatı elminin inkişafına da dəyərli töhfələr verirlər.
Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi, ADAU ilə ADA Universiteti arasında birgə layihələrin işlənməsi mövzuları müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər