Azərbaycan Dövlət Aqrar və Xəzər universitetləri arasında memorandum imzalanıb

Azərbaycan Dövlət Aqrar və Xəzər universitetləri arasında memorandum imzalanıb Xəzər Universiteti Həyat elmləri departamentinin müdiri Asəf Ömərov və departamentin dosenti Cavid Ocaqi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ilə görüşüblər. Tərəflər qarşılıqlı elmi-tədqiqat işlərinin və müştərək layihələrin həyata keçirilməsinin, yerli və beynəlxalq səviyyəli alimlərin təcrübəsindən yararlanılmasının, beynəlxalq və respublika səviyyəli elmi konfrans və sərgilərin birgə təşkilinin əhəmiyyətini vurğulayıblar.
Sonda ADAU ilə Xəzər Universiteti arasında elm, təhsil və tədqiqat üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

ADAU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər