ABŞ müdafiə naziri Lloyd Ostin Vaşinqtonun Kiyevə vəd verdiyi “M1 Abrams” tanklarının yaxın vaxtlarda Ukraynaya çatdırılacağını təsdiqləyib.
Pentaqon rəhbəri bunu Ukrayna üzrə kontakt qrupunun Almaniyada keçirilən iclasında deyib.
Bir müddət öncə “Politico” qəzeti Pentaqondakı mənbəyinə istinadla yazmışdı ki, vəd olunan 31 ədəd “Abrams” tankından ilk on ədədi sentyabr ayında Ukrayna ordusuna təhvil veriləcək.
Sentyabrın 6-da Pentaqon Kiyevə 175 milyon dollarlıq hərbi yardım paketinin ayrıldığını elan edib. Hərbi yardıma ilk dəfə olaraq “Abrams” tankları üçün zəiflədilmiş uran mərmiləri daxil edilib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Birləşmiş Ştatların Kiyevə belə mərmilərin verilməsini münaqişənin eskalasiyasına səbəb olacaq cinayət aktı adlandırıb.
Tehsil-press.az