“Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”nda dəyişiklik edilib.Bununla bağlı Baş nazir Əli Əsədovun müvafiq Qərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
Qərara əsasən, ictimai binaların güc əmsalları siyahısına aşağıdakı əlavələr edilib:
Bina və tikililərin adı - Güc əmsalı, (cosφ)
Sıra №-si - İaşə obyektləri:
27. İşıq diodlarının gücünə uyğun, Vt:
28. 8 Vt-dan aşağı - 0,7
29. 8 Vt-dan 20 Vt-dək (20 Vt daxil olmaqla) - 0,85
30. 20 Vt-dan yüksək - 0,9
Bu Qərar 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən qüvvəyə minib, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.
Tehsil-press.az











