2026-cı ildə mənzil sahiblərini hansı cərimələr gözləyir? – Vacib siyahı

2026-cı ildə mənzil sahiblərini hansı cərimələr gözləyir? – Vacib siyahı Rusiyada 2026-cı ildə mənzil sahibləri və kirayəçilər üçün tətbiq olunan bir sıra cərimələr qüvvədə qalacaq.

Açıqlanan məlumatlara əsasən, yaşayış sahələrində qanun və qayda pozuntularına yol verən vətəndaşlar maliyyə sanksiyaları ilə üzləşəcək.

Məlumata görə, Rusiyada aşağıdakı hallarda cərimələr nəzərdə tutulur:

— Sanitar-gigiyenik normaların pozulmasına görə vətəndaşlara 1 min rubla qədər cərimə tətbiq edilə bilər;

— Mənzildə qanunsuz yenidən planlaşdırma aparıldığı halda cərimə məbləği 2,5 min rubla çata bilər;

— Daşınmaz əmlakın satışından əldə olunan gəlirə görə vergidən yayınan keçmiş mülkiyyətçi ödənilməmiş məbləğin 20 faizi həcmində cərimə ödəməli olacaq;

— Qaz avadanlıqlarından istifadə qaydalarının pozulması 10 min rubla qədər cərimə ilə nəticələnə bilər;

— Mənzildə qeydiyyatsız yaşamağa görə isə 3 min rubl məbləğində cərimə tətbiq olunur.

Qeyd olunur ki, bu tədbirlərin məqsədi Rusiyada yaşayış təhlükəsizliyini, sanitar normalara əməl olunmasını və vergi intizamını gücləndirməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər