Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu sabah başa çatır

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu sabah başa çatır Oktyabrın 10-u saat 23:59-da “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulu yekunlaşacaq.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki ilə nazirliyin saytından tanış ola bilərsiniz.
Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsi və ya [email protected] elektron poçt ünvanına müraciət etmək olar.

Tehsil-press.az



Oxşar xəbərlər