Xaricdə doktoranturada oxumaq istəyənlərin nəzərinə

Xaricdə doktoranturada oxumaq istəyənlərin nəzərinə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üzrə sənəd qəbuluna başlanılır.
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu proqram çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı və elana dair ətraflı məlumatı keçidlərdən əldə etmək mümkündür.
Proqrama müraciət tarixləri fevral-aprel aylarını əhatə edəcək.
Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər