Hindistanın cənubunda baş verən yanğında 14 nəfər ölüb

Hindistanın cənubunda baş verən yanğında 14 nəfər ölüb Şənbə günü gecə Hindistanın cənubundakı Karnataka ştatında fişəng satılan mağazada baş vermiş yanğında azı 14 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Yanğın sözügedən ştatın inzibati mərkəzi Banqalorun Attibele rayonunda baş verib. Zərərçəkənlər yerli xəstəxanaya çatdırılıb.
Ölənlərin əksəriyyətinin mağaza işçiləri olduğunu deyən polis, qurbanların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlərin aparıldığını bildirib.
Mağaza sahibi yanğın təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunub.

Tehsil-press.az


Oxşar xəbərlər