İraqda toyda baş verən yanğın 100 nəfərin ölümünə səbəb olub

İraqda toyda baş verən yanğın 100 nəfərin ölümünə səbəb olub İraqın Mosul şəhərində şadlıq sarayında baş verən yanğında 100 nəfər həyatını itirib, 500 nəfər yaralanıb.
Mosul Səhiyyə İdarəsinin müdir müavini Əhməd Həmdani yerli mətbuata faktı təsdiqləyib.
Yanğın bölgəsinə ətraf əyalətlərdən çoxlu yanğınsöndürmə briqadaları və təcili yardım maşınları cəlb olunub.
Yanğının səbəbləri hələlik məlum deyil.

Tehsil-press.az




Oxşar xəbərlər