Ceyhun Bayramov İran Prezidentini 24 saatlıq antiterror tədbirləri barədə məlumatlandırıb

Ceyhun Bayramov İran Prezidentini 24 saatlıq antiterror tədbirləri barədə məlumatlandırıb 23 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” formatında birinci nazirlər görüşündə iştirakı çərçivəsində İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
Görüşdə Azərbaycan və İran arasında gündəlikdə duran əsas məsələlər, ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlıq imkanları, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin perspektivləri, habelə bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb.
İki ölkə arasında son aylarda keçirilmiş görüşlər və İkitərəfli iqtisadi komissiya çərçivəsində təmaslar, bir sıra istiqamətlərdə artan əməkdaşlıq dinamikası məmnunluqla qeyd olunub, yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə nazir Ceyhun Bayramov 24 saatlıq anti-terror tədbirlərindən sonra Azərbaycanın öz əraziləri üzərində tam suverenliyi bərpa etdiyi, sülh gündəliyi üzrə atılan addımlar barədə qarşı tərəfi məlumatlandıraraq bölgədə sülh və təhlükəsizliyin bərqərar olunmasında, regiona davamlı sülhün gətirilməsində, habelə regional əməkdaşlığın təşviqində ölkəmizin qərarlılığını bir daha diqqətə çatdırıb.

xxx
18:00
İran Prezidenti İbrahim
Bu barədə İran Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
İran prezidenti “3+3” formatında müzakirələrin regional konstruktiv əməkdaşlığın möhkəmlənməsinin mənbəyi olacağına ümid etdiyini bildirib.
“Dost, qardaş və qonşu Azərbaycanla münasibətlər səviyyəsinin yüksəlməsi İranın xarici siyasətinin prioritetlərindəndir. İran regionda önəmli ölkələrdən biri olaraq bütün ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır və məsələlərin dialoq yolu ilə həll edilməsini vurğulayır”, - deyə o, qeyd edib.
Görüşdə Azərbaycan xarici işlər naziri Ceyhum Bayramov da Azərbaycanın İranla münasibətlərə xüsusi önəm verdiyini qeyd edib:
"Regiondan kənar ölkələrin regiona ayaq açmasının qarşısını alınması ilə əlaqədar İranın mövqeyi Azərbaycanın təsdiqlədiyi və dəstəklədiyi məsələdir. Bu baxımdan Tehranda “3+3” formatında iclasın keçirilməsi faydalı, müsbət və konstruktiv qiymətləndirilir. Son aylarda iki ölkə arasında münasibətlər səviyyəsinin yüksəldilməsi istiqamətində önəmli irəliləyişlər əldə olunub".
Qeyd edək ki, bu gün Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirilir. Azərbaycanın və Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan da "3+3" formatında görüşdə iştirak etmək üçün Tehrandadır.
Xatırladaq ki, “3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.

Tehsil-press.az




Oxşar xəbərlər