Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib.
Onlayn formatda keçirilən iclası açan komitə sədri Bəxtiyar Əliyev gündəliyə iki məsələnin daxil edildiyini söyləyib. O, əvvəlcə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, sənəd "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun icrası ilə əlaqədar hazırlanıb. Dəyişikliklərə əsasən, layihəyə daxil olan "Elektron imza və elektron sənəd haqqında" qanunun 1.1.15-ci maddəsində yer alan “elektron sənəd” anlayışının məzmunu yeni redaksiyada verilib. Belə ki, elektron sənəd - elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontent kimi təklif olunur.
Sonra komitə sədri “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişiklik edilib. Yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədilə bəzi qanunvericilik aktlarında da mövcud normaların Cinayət Məcəlləsinə uyğunlaşdırması üçün düzəlişlər təklif edilir. Layihədə adı çəkilən "Ümumi təhsil haqqında" Qanunun 27.2.5-ci maddəsinə “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə olunur. Sənədə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.
Məsələlərlə bağlı çıxış edən komitənin sədr müavini Musa Qasımlı və üzvü Etibar Əliyev dəyişikliklərin məqsədəmüvafiq olduğunu bildiriblər. Deputatlar təhsillə bağlı bəzi qeydlərini də səsləndiriblər.
Müzakirələrin sonunda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tehsil-press.az