İsveç hökuməti ölkənin 2030-cu ildə Olimpiadaya ev sahibliyi etməsi ilə bağlı müraciəti dəstəkləyir

İsveç hökuməti ölkənin 2030-cu ildə Olimpiadaya ev sahibliyi etməsi ilə bağlı müraciəti dəstəkləyir İsveç Olimpiya Komitəsi, İsveç Paralimpiya Komitəsi və İsveç Milli İdman Konfederasiyası İsveçin 2030-cu ildə Qış Olimpiya Oyunlarının keçirilməsinə dair müraciətinin hökumət tərəfindən müsbət dəyərləndirildiyini elan ediblər.
Milli Olimpiya Komitəsinin növbəti addımı hökumətin nəzərdən keçirə biləcəyi hərtərəfli müraciətin verilməsi olacaq.
Vacib şərtlərdən biri odur ki, oyunlar iqtisadi cəhətdən səmərəli olsun. Yəni, Olimpiya Oyunları başa çatdıqdan sonra istismar olunmayan yeni obyektləri tikmək əvəzinə, mövcud resurslardan istifadə edilməlidir.
“Məsələ orasında deyil ki, vergiödəyiciləri büdcəyə vəsait gətirsinlər. Məqsəd bu oyunların şəxsi vəsait hesabına, qismən də Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dəstəklənməsi, eləcə də sponsorluq və biletlərin satışından əldə olunan gəlirlər hesabına təşkil olunmasındadır. Eyni zamanda, zəmanət şəklində müəyyən dövlət öhdəlikləri vacibdir və biz onları təqdim edə biləcək şərtləri öyrənirik”, - deyə ölkənin idman naziri Yakob Forssmed vurğulayıb.
Oyunların əsas keçiriləcəyi yer qismində ölkənin paytaxtı Stokholm nəzərdən keçirilir.
“Bobsley, xizək idmanı və skeleton üzrə yarışların Latviyada, konkisürmə idmanı üzrə yarışların isə Norveçdə keçirilməsi fikri də müzakirə olunur”, - deyə nazir əlavə edib.
İsveçlə yanaşı, 2030-cu ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəklərini İsveçrə və Fransa da bildirib. Son qərarın qəbulu yekunda hansı ölkələrin Qış Oyunlarının keçirilməsi üçün müraciət etmələrindən asılıdır.

Tehsil-press.az


Oxşar xəbərlər