Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Çin dili kurslarının məzunlarına sertifikatlar verilib

Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Çin dili kurslarının məzunlarına sertifikatlar verilib Heydər Əliyev Fondu, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə əməkdaşlığı çərçivəsində təşkil edilən distant Çin dili kurslarını bitirən tələbələrə sertifikatlar təqdim edilib.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov layihənin ilk günlərindən Çinin Azərbaycandakı səfirliyi və Azərbaycan Dövlət İqtisad Universiteti arasında sıx əməkdaşlıq qurulduğunu bildirib. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşıb. “Sevindirici haldır ki, Azərbaycanda Çin dilini öyrənmək istəyən tələbələr kifayət qədər çoxdur. İnanıram ki, belə layihələrin sayı gələcəkdə artacaq, Azərbaycan-Çin əməkdaşlığı daha da inkişaf etdiriləcək. Bu gün artıq 50-dək tələbəmiz bir neçə kursu uğurla başa vurub”, - deyə S.Məmmədov əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər