ŞƏHİD KAZIM ƏSGƏR OĞLU MƏMMƏDOV ADINA GÜLLÜCƏ KƏND ORTA MƏKTƏBİ

ŞƏHİD KAZIM ƏSGƏR OĞLU MƏMMƏDOV ADINA  GÜLLÜCƏ KƏND  ORTA MƏKTƏBİ Əsası 1926-cı ildə qoyulub, Əvvəlcə 8 illik, sonra 10 illik və 11 illik məktəb kimi fəaliyyət göstərib.

16 aprel 1994-cü ildə erməni işğalına məruz qalaraq, sakinlərlə bərabər kənd əhalisi və məktəbin 34 nəfər Müəllimləri Bərdə rayon ərazisində Türkiyə və Səudiyyə Ərəbistanın Çadır düşərgələrində salınan Ağdam 118 saylı, 106 saylı köçkün orta məktəblərində fəaliyyət göstərmişdir.

Yeni Qəsəbələrin salınması zamanı 2006-cı ildən 118 saylı məktəb Ağdam rayonu ərazisində Dördyol1 Qəsəbəsində fəaliyyətinə davam etmişdir. Həmin ildə Güllücə kənd orta məktəbinin 80 illiyi qeyd olunmuşdur.

Məktəbin qabaqcıl Müəllimləri, Fəxrli Məzunları, Qarabağ müharibələrində 18 nəfər Şəhidi olmuşdur. Onlarla Veteran və Qazisi hazırda yaşayır.

Ən fəxrli Məzunlar UNEC rektoru Professor Ədalət Muradov, Narkomaniyaya qarşı Mübarizənin rəisi general Heydər Heydərov, Avropa İnsan Haqları Məhkəməsinin Hakimi hüquq elmləri doktoru Lətif Hüseynov, SM.EAk.rektoru Professor Əyyub Eyyubov, Əməkdar Artist Elnur Zeynalov, Əməkdar Mədəniyyət və İncəsənət Xadimi Müşfiq Hətəmov və onlarca hüquqşünas, elmlər namizədi, dosent, vəki, həkim, yüzlərlə Müəllim bu məktəbin yetirmələridir.

Çox şükürlər olsun ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Qalıb Dövlətin Qalıb Lideri, Qarabağın Fatehi İlham Əliyev Cənablarının Müzəffər Ordusu Zəfər çalaraq 30 illik işğala son qoydu.

Allah bütün Vətən Şəhidlərinə rəhmət eləsin, Qazilərə şəfalar versin. Gün o gün olsun ki, Böyük Qayıdışla 1 Güllücə kəndində məktəbimizin 105, 110 illik yubileylərini qeyd edək. İstedadlı peşəkar jurnalist, Qızıl Qələm və müxtəlif Mükafatlara layiq görülən Mədət Məmmədovun dediyi kimi, "Mən də fəxrlə deyərdim ki, Dünyanın paytaxtı doğulduğum Kənd imiş". Yeni salınacaq Azad Güllücədə görüşmək arzusu ilə... İnşəAllah.

ŞƏHİD KAZIM ƏSGƏR OĞLU MƏMMƏDOV ADINA  GÜLLÜCƏ KƏND  ORTA MƏKTƏBİ


Tehsil-press.az

Oxşar xəbərlər