“Rusiya Ukrayna ilə sülh danışıqlarından imtina etməyib” - Putin

“Rusiya Ukrayna ilə sülh danışıqlarından imtina etməyib” - Putin “Rusiya Ukrayna ilə sülh danışıqlarından imtina etməyib”.
Bu fikirləri Rusiya Prezidenti Vladimir Putin G20 sammitində bildirib.
“Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib. Rusiya deyil, Ukrayna danışıqlar prosesindən çıxdığını açıq şəkildə bəyan edib”.
Putin vurğulayıb ki, Kiyev hakimiyyəti Rusiya ilə bu cür danışıqları qadağan edən fərman imzalayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski “The Sun” qəzetinə verdiyi müsahibədə Ukrayna Silahlı Qüvvələrinin hərbi təmas xəttindəki çətin vəziyyətinə baxmayaraq, Rusiya ilə sülh danışıqlarına başlamaq fikrində olmadığını bildirmişdi.

Tehsil-press.az


Oxşar xəbərlər