Putin Si Cinpinlə sülh planını müzakirə etməyib

Putin Si Cinpinlə sülh planını müzakirə etməyib Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə Ukrayna ilə bağlı sülh planını müzakirə etməyib.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O vurğulayıb ki, Rusiya ilə Çin Ukraynayla bağlı sülh planını müzakirə etməyib. Ölkə liderləri yalnız bu istiqamətdə təşəbbüslərdən bəhs ediblər.
Xatırladaq ki, Çin lideri Si Cinpin martın 20-22-də Rusiyada səfərdə olub. O, martın 20-də, Putinlə 4,5 saat təkbətək qeyri-rəsmi danışıqlar aparıb.

Tehsil-press.az



Oxşar xəbərlər