Paşinyan Rusiyanı ittiham etdi

Paşinyan Rusiyanı ittiham etdi “Rusiya artıq ödənişini etdiyimiz silahları Ermənistana göndərməyib”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Ödəniş müqabilində silah və texnikanın ölkəyə göndərilməməsi məsələsinə gəldikdə isə, əlbəttə, belə problemlər mövcuddur”, - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, hazırda bu problemin həll edilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparılır: “Variantlar çoxdur. Məsələn, ödənilən məbləğ qarşılığında Ermənistanın Rusiyaya olan borcunun azaldılması”.
O əlavə edib ki, Rusiyanın hazırda özünün silaha ehtiyacı var və buna görə də İrəvan müzakirələrin konkret nəticələr gətirəcəyinə ümid edir.

Tehsil-press.az


Oxşar xəbərlər