“Məktəblərdə qızılca ilə bağlı prosesi biz də izləyirik”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, bunun bir hissəsi Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təsdiqlənən hallardır: “Digər statistika isə rəsmi olmayan statistikadır. Biz hazırda şayiələr və faktlar arasında qalmışıq. Bizim üçün əsas Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumatdır. Hazırda əksər məktəblərimizdə ciddi problem yoxdur. Məktəb direktorlarından gələn rəqəmlər var, lakin bu hallar təsdiq olunmalıdır”.
Əmrullayevin sözlərinə görə, qızılca xəstəliyində diaqnozun qoyulmasını gözləmək vacibdir: “Biz həm regional idarələr, həm səhiyyə orqanları ilə birgə prosesi izləyirik. Hazırda hansısa müəssisədə qapanmaya getməyi planlaşdırmırıq. Əgər təhlükəli yerlər olarsa, hansısa məktəbi 1-2 həftəlik distant təhsilə keçirə, qapanmalara gedə bilərik. 3-4 min uşağa ölüm halı ola bilir. Ona görə də peyvənd olunaraq, bu xəstəlikdən qorunmaq olar. Hazırda ciddi təlaş yaradacaq məqamlar yoxdur”.
Tehsil-press.az