Dağıstanda qızılcaya 188 yoluxma halı qeydə alınıb

Dağıstanda qızılcaya 188 yoluxma halı qeydə alınıb Dağıstanda qızılcaya laboratoriya şəraitində təsdiqlənmiş təxminən 188 yoluxma halı qeydə alınıb.
“Qızılca çox vaxt digər infeksiyalara bənzəyir və son diaqnozu qoymaq üçün laboratoriya şəraitində testləşmə tələb olunur. Dağıstan Respublikasında qızılcaya laboratoriya şəraitində təsdiqlənmiş 188 yoluxma halı qeydə alınıb. Epidemioloji vəziyyət gərgin, lakin nəzarət olunan kimi qiymətləndirilir. Xəstəlik halları qızılca əleyhinə peyvənd olunmayan şəxslər arasında qeydə alınır, - deyə “Rospotrebnadzor” İdarəsinin region üzrə mətbuat xidmətinin məlumatında deyilir.
İdarədən qeyd ediblər ki, respublikada qızılca infeksiyası üzrə epidemioloji vəziyyətin gərginləşməsi 2023-cü ilin fevral ayından başlayıb, bundan əvvəl yayılma olmadan yalnız tək-tək hallar qeydə alınıb. “Qeotipləmə məlumatları təsdiq edir ki, yoluxma halları infeksiyanın respublikadan kənardan idxalı, eləcə də qonşu ölkələrdən gələn peyvənd olunmayan şəxslər ilə bağlıdır”, - deyə mətbuat xidməti əlavə edib.
Daha öncə regional Səhiyyə Nazirliyində bildirilib ki, 2023-cü ilin əvvəlindən respublikada qızılcaya 200-dən çox yoluxma halı qeydə alınıb. “Rospotrebnadzor” idarəsinin mətbuat xidməti izah edib ki, qalan insanlarda oxşar simptomlar aşkar edilib, lakin onlar təsdiqini tapmayıb.

Tehsil-press.az



Oxşar xəbərlər