Vladimir Putin BƏƏ-yə və Səudiyyə Ərəbistanına səfər edəcək

Vladimir Putin BƏƏ-yə və Səudiyyə Ərəbistanına səfər edəcək Rusiya Prezidenti Vladimir Putin dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Səudiyyə Ərəbistanına işgüzar səfər edəcək.
Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı nümayəndələri ilə görüşlər zamanı ikitərəfli münasibətlər müzakirə olunacaq, beynəlxalq vəziyyət və Fələstin-İsrail münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq.
Dmitri Peskovun sözlərinə görə, səfər əsnasında, həmçinin neft bazarında koordinasiyalı fəaliyyət barədə də danışıqlar aparılacaq.

Tehsil-press.az




Oxşar xəbərlər