Prezident bu köməkçisinə yeni vəzifə verdi

Prezident bu köməkçisinə yeni vəzifə verdi Prezident İlham Əliyevin sərəncamı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Sərəncama əsasən, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Nurəddin oğlu Əhədov Müşahidə Şurasının sədri təyin olunub.

Qeyd edək ki, X.Əhədov 4 fevral 1980-ci ildə anadan olub. X.Əhədovun atası Nurəddin Əhədov həm də keçmiş millət vəkili, istiqlalçı deputatdır.

Xaliq Əhədov 1996-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə “Instituto de Empresa” (IE) biznes məktəbinə qəbul olunub və Barselonada MBA təhsili alıb.

X.Əhədov 1999-cu ilin martında “Bank of Baku”da pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələrində çalışıb.

Ardınca - 2005-ci ildə “Bank of Baku”nun idarə heyəti sədrinin müavini işləyib.

2012-ci ildə “Unibank”da icraedici komitənin üzvü, 2015-ci ildə “Unibank”ın icraçı direktoru vəzifəsini tutub. 2016-da “Bank Standard”ın baş direktoru, daha sonra (yenə 2016) "Azər Türk Bank"da İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi olub.

Xaliq Əhədov 10.01.2017-ci il tarixində "Beynəlxalq Bank"ın İdarə Heyətinə sədr gətirilib. 14.03.2018-ci il tarixində "Beynəlxalq Bankı"n səhmdarlarının ümumi yığıncağında bu postdan ayrılaraq, bankın Müşahidə Şurasının üzvü təyin edilib.

Daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışıb.

2022-ci il 17 noyabrda Prezidentin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

Tehsil-press.az

Oxşar xəbərlər